“Nottingem Forest” heyətini yeni futbolçu ilə gücləndirib.


Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Mançester Siti”dən Ceyms Makatini transfer edib.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. “Şəhərlilər” bu transferdən 22 milyon funt-sterlinq (təqribən 25.5 milyon avro) qazanıb.


Makati “Mançester Siti”nin yetirməsidir. O, ötən mövsüm 27 oyunda 7 qol vurub.