Yazıçı Vidadi Babanlı Qazax rayonunda dəfn edilib.
Bizim.Media xəbər verir ki, o, doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində yazıçının ailə üzvləri, Rayon İcra Hakimiyyətinin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi və "Şərəf" ordenli yazıçı Vidadi Babanlı dünən 98 yaşında vəfat edib.
Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fılologiya fakültəsində təhsil alıb. "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində, "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləyib.
Sonradan C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiri olub. (Oxu.az)
Bizim.Media