Gələn həftə Rusiyanın paytaxtı Moskvada güclü yağışlar gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Fobos agentliyinin sinoptiki Tişkovets məlumat verib.
Onun sözlərinə görə, yağışın ümumi miqdarı hər kvadratmetrə yeddi litrə çata bilər.
Meteoroloq bildirib ki, Moskvaya bir həftə ərzində bir aylıq norma qədər yağıntı düşəcək. Şəhərdə həftə ərzində payız havası hökm sürəcək.