EN

Mingəçevirdə 55 yaşlı kişi bıçaqlandı - Saxlanılan var

Mingəçevirdə 55 yaşlı kişi bıçaqlanıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gecə saat 01 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsində baş verib.

Belə ki, şəhər sakini 45 yaşlı Hafis Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 55 yaşlı Rəhim Vəliyevə bıçaqla xəsarət yetirdiyi bildirilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Chosen
28
42
manset.az

10Sources