EN

Şəkidə minik avtomobili evakuatorla toqquşdu: Ölən var

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə avqustun 17-də, gecə saat 1 radələrində Şəki-Qax avtomobil yolunun 24-cü kilometrliyində qeydə alınıb.

Hadisə zamanı VAZ-21723 markalı minik avtomobili ilə evakuator toqquşub.

Hadisə nəticəsində minik maşınının sürücüsü, 1981-ci il təvəllüdlü Natiq Calalov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.

Chosen
89
19
far.az

10Sources