EN

Yeni UFC çempionu

Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-ın Çikaqo şəhərində UFC 319 turniri keçirilib.

QOL.az xəbər verir ki, gecənin əsas döyüşü orta çəkidə titul uğrunda cənubi afrikalı Drikus du Plessi ilə BƏƏ təmsilçisi Həmzət Çimayev arasında olub.

Beş raund davam edən görüş Çimayevin 50:44 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə Həmzətə orta çəkidə UFC çempionluq kəmərini qazandırıb.

Qeyd edək ki, bu uğurdan sonra Çimaevin peşəkar MMA döyüşlərində 15-ci qələbəsini əldə edib. O, heç bir döyüşdə uduzmayıb. Du Plessi isə UFC-də ilk məğlubiyyətini alıb. Bu, karyerası ərzində ümumilkdə 22 qələbə qaznan cənubi afrikalının üçüncü məğlubiyyəti olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
2
qol.az

10Sources