EN

Melaniya Tramp Putinə göndərdiyi məktubda bunları yazıb FOTOsu yayıldı

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Alyaskanın Ankoric şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı həyat yoldaşı Melaniya Trampın məktubunu rusiyalı həmkarına təqdim edib.

Milli.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Evin adının açıqlanmasını istəməyən iki rəsmisinə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Melaniya Trampın məktubu Ukraynadakı münaqişə fonunda itkin düşdüyü və ya qaçırıldığı iddia olunan uşaqların taleyi ilə bağlı olub. Məktubun məzmununda bu məsələyə xüsusi diqqət ayrıldığı vurğulanır.

Qeyd edək ki, Melaniya Tramp avqustun 15-də baş tutan və Ankoric şəhərində keçirilən görüş zamanı prezidentlə birgə səfərdə iştirak etməyib.

Kənan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
22
news.milli.az

10Sources