EN

“Güclü liderə təşəkkür edirəm”...

Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.

Tramp gözlənilmədən Lukaşenkoya müraciət edib...

ABŞ prezidenti Donald Tramp Belarusla bağlı gözlənilməz və rezonans doğuran açıqlama verib. O, sosial şəbəkəsində Aleksandr Lukaşenkoya təşəkkür edərək, onu “qüdrətli lider” adlandırıb və 1300 nəfərin tezliklə azadlığa buraxılacağına ümid etdiyini bildirib.

...Belarusa və onun qüdrətli rəhbərinə təşəkkür edirəm. Ümid edirəm ki, 1300 nəfər də tezliklə azad olunacaq!

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Tramp yazıb.

Tramp yəqin ki, qondarma “siyasi məhbusları” nəzərdə tuturdu. Bu, beynəlxalq insan haqları təşkilatlarının daha əvvəl bildirdiyi rəqəmdir.

Bunlar əsasən 2020-ci il prezident seçkilərindən və sonrakı kütləvi etirazlardan sonra cinayət maddələri ilə məhkum olunmuş şəxslərdir.

Bu şəxslərin azadlığa buraxılması Avropa İttifaqının və ABŞ-ın əvvəlki administrasiyalarının rəsmi Minsklə istənilən dialoqa başlaması və sanksiyaların ləğvi üçün əsas tələbidir.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
50
sia.az

10Sources