EN

Astarada 66 yaşlı kişi qətlə yetirildi

Avqustun 17-də saat 20 radələrində Astara rayonunun Suparibağ kəndində qətl hadisəsi baş verib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

Məlumata görə, kənd sakini, 1959-cu il təvəllüdlü Məmmədov İsgəndər Şıxəli oğlu kəsici alətlə qətlə yetirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliyev Vüsal Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
10
50
axar.az

10Sources