EN

Konor Qallaher Premyer Liqaya qayıda bilər

Madrid "Atletiko"sunun yarımmüdafiəçisi Konor Qallaher karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.  

90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə,futbolçu xidmətində "Kristal Pelas" klubu maraqlıdır.

"Qartallar"ın baş məşqçisi Oliver Qlasner yay transfer pəncərəsində komandadan ayrılması mümkün olan Ebereçi Ezenin yerini doldurmaq üçün Qallaheri heyətində görmək istəyir. İngilis futbolçunun agenti ilə artıq əlaqə saxlanılıb.

Qallaherlə Premyer Liqanın bir başqa klubu "Tottenhem" də maraqlanır.

Ötən mövsüm 25 yaşlı  yarımmüdafiəçi "Atletiko"nun heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.

Transfermarkt portalı Konor Qallaherin bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Chosen
43
17
90deqiqe.az

10Sources