EN

SON DƏQİQƏ: Qazaxıstanda təyyarə qəzası - Ölənlər var + FOTO

Qazaxıstanın Akmola vilayətində yüngül mühərrikli "Aerostar R40F UP-LA229" təyyarəsi qəzaya uğrayıb. 

News365.az xəbər verir ki, bu barədə informasiyanı respublikanın Nəqliyyat Nazirliyi yayıb.

Məlumata görə, hadisə Astanadan 55 kilometr aralıda baş verib. Sərt eniş nəticəsində qəza baş verib, bir pilot və bir sərnişin ölüb.   

Təyyarənin qəzaya uğramasından sonra yanğının olmadığı qeyd edilir.  Qəzaya uğramış təyyarə fərdi şəxsə məxsus olub və təlim uçuşu həyata keçirirmiş. 

Qəzanın səbəblərini müəyyən etmək üçün xüsusi komissiya yaradılıb.



Chosen
47
50
news365.az

10Sources