ain.az bildirir, Oxu.az portalına istinadən.
İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əmir Həyat Moqəddəm bəyan edib ki, ölkəsi ABŞ-yə hücum edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
"Biz ABŞ-yə dənizdən hücum edə bilərik. SEPAH 20 ildir bu məsələ üzərində işləyir ki, İran gəmiləri ilə ABŞ-yə dənizdən hücum edə bilsin və biz artıq belə bir texnologiya hazırlamışıq. Birləşmiş Ştatlar bizdən təxminən 10 min kilometr uzaqdadır. Biz gəmilərimizi bu ölkədən 2 min kilometr uzaqlığa çatdıra və oradan Vaşinqton, Nyu-York və digər şəhərləri raketlərlə hədəfə ala bilərik", - deyə millət vəkili qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.