EN

İsmayıllıda avtomobil aşdı: yaralılar var Foto

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib. Qəza axşam saatlarında Qaraməryəm–İsmayıllı avtomobil yolunun Kürdmaşı kəndi ərazisində qeydə alınıb.

Axar.az xəbər verir ki, ilkin məlumata görə, hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Göyçay rayon sakinləri – 28 yaşlı F.Əsədov və 54 yaşlı Ş.Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
47
46
axar.az

10Sources