EN

İranlı deputat: "Biz dənizdən Vaşinqton və Nyu-Yorka raket zərbəsi endirə bilərik"

İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əmir Həyat Moqəddəm bəyan edib ki, ölkəsi ABŞ-yə hücum edə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

"Biz ABŞ-yə dənizdən hücum edə bilərik. SEPAH 20 ildir bu məsələ üzərində işləyir ki, İran gəmiləri ilə ABŞ-yə dənizdən hücum edə bilsin və biz artıq belə bir texnologiya hazırlamışıq. Birləşmiş Ştatlar bizdən təxminən 10 min kilometr uzaqdadır. Biz gəmilərimizi bu ölkədən 2 min kilometr uzaqlığa çatdıra və oradan Vaşinqton, Nyu-York və digər şəhərləri raketlərlə hədəfə ala bilərik", - deyə millət vəkili qeyd edib.

Chosen
50
40
publika.az

10Sources