Sülhün bərqərar olması üçün təzyiq qurbana deyil, təcavüzkara tətbiq olunmalıdır.
Axar.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski X hesabında yazıb.
“Sabah Vaşinqtonda olacaq danışıqlardan əvvəl Qərb Koalisiyasının görüşü yekunlaşdı. Mən vurğuladım ki, sülhün təmin olunması üçün təzyiq qurbana deyil, təcavüzkara göstərilməlidir”, - Sikorski bildirib.