Samsunspor “Panatinaikos”la oyuna qırmızı-ağ formada çıxacaq
Fanat.Az xəbər verir ki, Samsunspor prezidenti Yüksel Yıldırım Yunanıstanda “Panathinaikos”la keçiriləcək oyun öncəsi açıqlama verib. Klub rəhbəri matça qırmızı-ağ formada çıxacaqlarını təsdiqləyib.
Bu barədə məlumatı "Beyaz Futbol" yayıb.
Yıldırım həmçinin bildirilib ki, bu oyunun gərginliyə səbəb olmaması üçün hər kəsin sakit qalması vacibdir:
“Panathinaikos ilə Afinada oynayacağımız matça qırmızı-ağ formada çıxacağıq. Ortamı gərməyə gərək yoxdur.”
Qeyd edək ki, "Samsunspor"un səfər formasında Atatürkün şəkli olduğu üçün "Panatinaikos" buna qarşı çıxmışdı.
Kamil Xudiyev