EN

"Erin" tropik fırtınası Puerto-Rikanın elektrik sistemini sıradan çıxarıb

Puerto-Rikoda 140 mindən çox ev təsərrüfatı "Erin" tropik fırtınasının ada ərazisindən keçməsi nəticəsində baş verən qəza səbəbindən elektrik təchizatından məhrum olub.

"Report" bu barədə yerli "El Nuevo Dia" qəzetinə istinadən xəbər verir.

Milli elektrik enerjisi şirkəti LUMA qəzanın aradan qaldırılması üçün təxminən 750 mütəxəssisin işlədiyini açıqlayıb.

Şirkətin vitse-prezidenti Alexandro Qonsales elektrik xətlərinə ziyan vuran güclü küləyin böyük problem təşkil etdiyini bildirib. O, elektrik təchizatının nə vaxt tam bərpa oluna biləcəyini söyləməyib.

Nəşr bildirib ki, Saffir-Simpson şkalası üzrə beşinci (ən yüksək) kateqoriyaya çatan "Erin" qasırğası həftə sonu Puerto-Rikonun şimal hissəsinin yaxınlığından keçərkən arxipelaqda güclü dalğalar, yağışlar və küləkli hava şəraiti yaradıb.

Chosen
65
9
report.az

10Sources