EN

Qonşu ulduzun yaxınlığında yaşayış üçün əlverişli planet ola bilər

ain.az bildirir, Oxu.az portalına istinadən.

Astronomlar hesab edirlər ki, "Alfa Kentavr A" ulduzunun ətrafında Mars ölçüsündə peyk-planet fırlana və bu peykdə həyat üçün əlverişli bir dünya mövcud ola bilər.

Oxu.Az xəbər verir ki, bu ehtimal "The Astrophysical Journal Letters" jurnalında dərc olunan araşdırmada qeyd olunur.

Hələlik elm adamları planetin mövcud olub-olmadığını dəqiq deyə bilmirlər. Lakin kəşfin doğru olduğu ortaya çıxarsa, bu, astronomiyada əhəmiyyətli bir irəliləyiş olacaq.

Xatırladırıq ki, Yerə ən yaxın ulduz sistemi bizdən 4,25 işıq ili uzaqlıqda yerləşən Alfa Kentavrıdır. O, üç ulduzdan ibarətdir: Alfa Kentavr A, Alfa Kentavr B və Proksima Kentavr. Sonuncu, Günəşi saymasaq, bizə ən yaxın ulduzdur. Proksima Kentavr ulduzunun ətrafında fırlanan iki planet var ki, onlardan biri potensial olaraq yaşayış üçün uyğun ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
24
oxu.az

10Sources