EN

Xiyarın acı dadının səbəbi nədir?

ain.az, Milli.az saytına istinadən bildirir.

Xiyarın bəzən ağızda qıcıqlandırıcı və acı dad buraxmasının əsas səbəbi nədir?

Milli.Az xarici mətbauat istinadən xəbər verir ki, bu sualın cavabını 35 illik təcrübəyə malik bağban İrina Alekseeva verib.

Onun sözlərinə görə, acılığa səbəb olan maddə cucurbitacin adlanır və bu maddə əsasən bitkinin stressə düşməsi nəticəsində yaranır.

Bağbanın bildirdiyinə görə, bu stressin ən böyük səbəblərindən biri düzgün olmayan suvarma rejimidir. O qeyd edib ki, xiyarlar soyuq su ilə sulanmamalıdır. Suvarma üçün istifadə olunan suyun temperaturu 18 dərəcədən yuxarı, özü isə əvvəlcədən oturmuş olmalıdır. Havanın isti keçdiyi günlərdə xiyarları həftədə 2-3 dəfə suvarmaq və torpaqda nəmliyi saxlamaq üçün çarpayıların saman və ya quru otla malçlanması tövsiyə olunur.

Alekseeva əlavə edib ki, soyuq hava və kəskin temperatur dəyişiklikləri də cucurbitacin maddəsinin toplanmasını artırır. Bu səbəbdən xiyarları aqroliflə örtmək, qeyri-sabit iqlim şəraitində isə istixanada yetişdirmək daha məqsədəuyğundur.

Ekspert həmçinin qida maddələri balansına da diqqət yetirməyi vacib sayır. Onun sözlərinə görə, kalium və azot çatışmazlığı da acı dadın yaranmasına gətirib çıxara bilər. Bu baxımdan xiyarların peyindən daha çox kalium nitrat, kül və humat tərkibli gübrələrlə qidalandırılması məsləhətdir.

Sonda bağban vurğulayıb ki, həm həddindən artıq günəş şüaları, həm də soyuq hava cucurbitacinin miqdarını artırır. Bu səbəbdən xiyarları yüngül kölgəli yerlərdə, məsələn qarğıdalı bitkisinin yanında yetişdirmək daha faydalı ola bilər. Formalaşdırma zamanı isə bitkinin bütün yarpaqlarını qoparmaq olmaz, çünki yarpaqlar bitkinin özünü sərin saxlamasına kömək edir.

Kənan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
14
news.milli.az

10Sources