EN

Tramp bu halda Ukraynadan imtina edə bilər

Əgər Ukrayna lideri Vladimir Zelenski onun şərtlərini qəbul etməsə və güzəştə getməyə qərar verərsə, ABŞ Prezidenti Donald Tramp Ukraynadan tamamilə imtina edə bilər.

Axar.az xəbər verir ki, bu barədə İspaniyanın “La Vanguardia” nəşrində yayımlanan məqalədə bildirilir.

Bildirilir ki, Zelenski Trampın planını rədd etsə, o, televiziya kameraları qarşısında Oval kabinetdən atılma riski ilə üzləşəcək.

Həmçinin xatırladılıb ki, altı ay əvvəl Vaşinqton hərbi yardımın çatdırılmasına mane olub və danışıqlar zamanı baş vermiş insidentlə bağlı Kiyevlə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırıb.

Məqalədə qeyd olunur ki, yeni mübahisə Tramp üçün Zelenskini sülh istəməməkdə və Ukraynanı tamamilə tərk etməkdə ittiham etmək üçün mükəmməl bəhanə ola bilər.

Chosen
95
50
axar.az

10Sources