EN

Azərbaycanda əcnəbi işçilərin sayı azalıb

Azərbaycanda 2025-ci ilin II rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin sayı 4 551 nəfər olub.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da illik müqayisədə 10% azalmadır. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 5 042 nəfər olmuşdu.

Onlardan 40,5 faizi tikintidə, 9,1 faizi emal sənayesində, 8,3 faizi mədənçıxarma sənayesində, 7,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 4,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi və 24,6 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olmuşdur.

Chosen
35
3
banker.az

7Sources