BAKI, 18 avqust. TELEQRAF
Gəncədə 4 gün öncə avtomobilin vurduğu piyada ölüb.
Teleqraf xəbər verir ki, 1998-ci il təvəllüdlü Məmmədov Hüseyn Bəhrəm oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Gəncə şəhəri, Xətai prospekti istiqamətində hərəkət edərkən 1962-ci il təvəllüdlü Quliyeva Mehriban Əli qızını vurub.
Piyada kəllə-beyin travması alıb və xəstəxanaya yerləşdirilib.
Mehriban Quliyeva Abbas Səhhət adına şəhər xəstəxanasında dünən vəfat edib.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1.3-cü maddəsi ilə cinayət işi başlanıb.