Bakıda kağız sexi yanıb.
Bu barədə Adalet.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Xəzər rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli kağız məhsulları sexinin 1-ci mərtəbəsində 3 ədəd dəzgah, 1 ədəd soyutma mühərriki və 100 m² sahədə xammal yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.