Astarada 21 yaşlı şəxs 66 yaşlı kişini öldürüb.
Mia.az xəbər verir ki, bu barədə Astara rayon Prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı 2004-cü il təvəllüdlü Vüsal Əliyevin aralarında yaranmış mübahisə zamanı tanışı 1959-cu il təvəllüdlü İskəndər Məmmədova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.