FİFA klublararası dünya çempionatının formatını dəyişməyi nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Mənbənin sözlərinə görə, turnirin iki ildən bir keçirilməsi planlaşdırılır. 2029-cu ildən isə iştirakçıların sayı 32-dən 48 komandaya qədər artırıla bilər.
Bundan əlavə, təqvimi yüngülləşdirmək üçün yığmaların iyul ayında keçirəcəyi yoldaşlıq oyunlarının ləğvi nəzərdə tutulur.