Boliviyada prezident seçkilərinin birinci turunda heç bir namizəd tələb olunan səsləri toplaya bilməyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qeyri-rəsmi nəticələrə görə, sağ mərkəzçi senator Rodriqo Paz 31 faiz səslə lider olub. Keçmiş prezident Xorxe Quiroqa 27 faiz, iş adamı Samuel Doria Medina isə 20,2 faiz səs toplayıb.
MAS partiyasının namizədi Eduardo del Kastilyo cəmi 3,2 faiz səslə ikinci tura keçə bilməyib. Keçmiş prezident Evo Moralesin namizədliyi rədd edildiyi üçün o, tərəfdarlarını etibarsız səs verməyə çağırıb.
Seçkilərin ikinci turunun oktyabrın 19-da keçirilməsi gözlənilir.