EN

Gəncədə 4 gün əvvəl avtomobilin vurduğu piyada ölüb

Gəncədə 4 gün əvvəl avtomobilin vurduğu piyada ölüb.

Avqustun 13-də 1998-ci il təvəllüdlü Məmmədov Hüseyn Bəhrəm oğlu idarə etdiyi "Mercdes" markalı avtomobil ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən 1962-ci il təvəllüdlü Quliyeva Mehriban Əli qızını vurub.

Qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Mehriban Quliyeva ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Chosen
27
38
aznews.az

10Sources