EN

İrandan Rusiyaya gedən maşında 30 kq-dan çox narkotik

"Astara" Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

“Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı bir ədəd paletdəki kahı yüklü yeşiklərin alt hissəsindən gömrük nəzarətindən gizlədilən 34 ədəd bağlamada, ümumi təqribi çəkisi 30 kiloqram 599 qram narkotik vasitə - marixuana aşkar edilib.

Chosen
44
50
anspress.com

10Sources