EN

Rəqsanənin həbs edilməsinin ƏSL SƏBƏBİ… – Müsiqiçiləri danışdı

Müğənni Rəqsanə İsmayılovanın həbsi bir neçə gündür sosial şəbəkələrin əsas müzakirə predmetidir. Daim qalmaqallı açıqlamaları ilə gündəmə gələn ifaçının bu dəfə adı məhkəmə və hüquq-mühafizə orqanları ilə bağlı hallanıb. Bu günə qədər onunla bağlı müdiada şikayət olmamasına baxmayaraq, R.İsmayılovanın saxlanılmasından sonra şikayətçilər də artdı. Sosial şəbəkələrdə yazılanlardan məlum oldu ki, Rəqsanə onlarla adamı aldadıb, müxtəlif vəddlərlə pullarını alıb, borc götürdüyü adamlara pulu geri qaytarmayıb və sair.

Tribunainfo.az sözügedən müğənninin həbsindən sonra sosail şəbəkələrdə onun haqqında yazılanları, jurnalist, zərərçəkən və müsiqiçilərinin haqqında dediklərini sizin üçün toplayıb.

Jurnalist Zülfiyyə Qurbanova:

“ANSPRESS-in məşhur “Sarı” jurnalı yadınızdadır? Elə o vaxt jurnalın redaksiyasına oxucular indi həbs olunan müğənninin “atanşikliyindən”, dələduzluğundan yazırdı, öz çevrəsindən məlumat sızdıranlar da vardı. Məsələn, kirayə qaldığı evin pulunu vermirdi, aldığı borcları geri qaytarmırdı. Hətta ailəsinin nisyə bazarlıq etdiyi marketin pulunu ödəmirdi bu müğənni. Yadımdadır, “Sarı”nın müxbiri marketin işçisini danışdırmışdı, bəlkə də marketin sahibi idi. Yazıq batan pulunu qaytarmaq üçün yalvarırdı. İnsanlar tanınmış olduğuna güvənib, etibar edirdilər. Sonradan başqa dələdizluqlarını, qaytarmaq istəmədiyi borclarını da eşitdik. Borca görə ölkədən çıxa bilmirdi. Dəfələrlə bileti batmışdı.
Bir dəfə Moskvaya uçmaq istəyərdə borclu olduqlarından biri hamının gözü qarşısında aeroportun içində bunu döymüşdü. Yaxın çevrəsindən mənə ötürülən məlumatda isə, döyən şəxsin Faiq adında sevgilisi olduğunu öyrənmiş oldum. Ona da verəcəyi varmış. Nə isə, hadisə şahidlərinin mənə ötürdüyü məlumatı ANSPRRSS saytında xəbər etmişdim. Həmin xəbərə görə məni məhkəməyə vermişdi, 20 min təzminat tələb edirdi. Məni yalan məlumat yaymaqda ittiham edirdi. Təbii ki, iddia rədd edildi. Ərə getdiyi kişi bunun bəzi borclarını ödəyəndən sonra Rusiyaya gedə bildi. Və orada da dinc durmadı. Hələ 2-3 il əvvəl oğru aləminin nümayəndələri ilə əlaqəsindən və onlarla əlbir olub çirkli pulların yuyulmasında iştirakından eşitmişdim. “Albert Rijıy” öldürüləndən sonra ailəvi şəkildə Bakıya köçmüşdü. Milyonluq bağ evindən çəkilişlər edirdi, şou verilişləri evinə dəvət edirdi. Hamı baxıb bəxtəvərlik verirdi, hamı həsəd aparırdı. Elə həmin ərəfələrdə prodüser Təranənin uşaqlarının məsələsi ilə bağlı efirə çıxdı. Efirdən sonra eks kürəkənindən yanımdakı həmkarıma zəng gəldi və bəhbəhlə göstərdiyi mulyonluq villanın əslində kirayə olduğunu və kirayə pulunu ödəmədiyi üçün villa sahibi ilə qırğında olduğunu söylədi.
Belə nümunələr çoxdur, hansını yazım? Qadının xəmiri yalanla, haramla yoğrulub. Sözümün canı budur ki, hara gedirsən get, özünlə gedirsən. Özünü dəyişməyincə, eyni səhvləri, əməlləri təkrarlayacaqsan. İnsan heç vaxt dəyişmir, sadəcə vəziyyətə görə fasilə verə bilər. Bu müğənni kimi…
Sırf ifaçılıqla məşğul olsaydı, yaxşı toyları vardı, başını aşağı salıb dolanacaqdı.
Əslində ona yazığım gəlib həmişə. Bədbəxt qadındır. Elə həmin borcların əlindən məcburən buradakı toy bazarını qoyub ölkədən didərgin düşmüşdü”.

Mətanət Əzizova:

“İllərdir Rəksanə dələzduluq edir. Borca pul götürür, 1-2 ay faizini verir, sonra da deyir pulu qaytarmıram, arxamda vor zakon və s dayanır, get nə edirsən et. İnsan dələduzdur, illərin dələduzudur.
Axı necə indi ondan qurban düzəldə bilirsiz? Mənim yaxınıma qarşı da bu hərəkəti edib. Sizdən 5 manat götürüb qaytarmasalar, aləmi dağıdarsız, bu isə, ona-buna güvənib, illərlə bu “bizneslə” məşqul olub”.

Sevdim Məmmədzadə:
“Ansamblında işləmişəm, Moskvada gözümlə şahid olmuşam çox şeyə. Bu adam üçün haqq kəsmək su içmək kimi bir şeydi. Çox şərəfsiz adamdı. Musiqiçi dostlarım var ki, Rəqsanə 5 ildi onlara borcludu. O yuxarıda yazdığınız musiqiçinin üstünə adam göndərmək haqq hesabı da düzdü, canlı şahidiyəm.

Aysunun birinci Bakıdakı toyunda hansısa müğənnini gətirmişdi Türkiyədən, pulu çatmamışdı. Hansısa iş adamından toydaca elə 100 min dollar borca pul alıb ki, toy qutarandan sonra siyahını sayıb verəcəm, o verəcəm, bu verəcəm… O adam dünənə qədər düşmüşdü onun dalıyca ki, pulu alsın.
Qısası, torbadı, nə bilim, şər-böhtandı yazanlar, sözüm sizədi – burda bəlkə Rəqsanəni mənim kimi tanıyan yoxdu. Musiqiçiyəm, ansamblında da işləmişəm. Özü kimi xisləti zay, şəxsiyyətsiz adam yoxdu”.

Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü müğənni İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Gülşən Rəsul

Chosen
38
50
tribunainfo.az

10Sources