EN

Azərbaycanlı alimə doğum günündə qeyri-adi sürpriz – FOTO/VİDEO

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji texnologiya və ölçü-layihə şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev əmək fəaliyyətinin 50, anadan olmasının isə 75 illiyini qeyd edib.

Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, Bakının dənizkənarı istirahət mərkəzlərindən birində keçirilən yubiley şənliyində alimə maraqlı bir sürpriz edilib. 
 

Qəhrəman Ağayevin Moskvada yaşayan kiçik qardaşı, uzun illər Satira və Yumor teatrının direktoru olmuş, hazırda isə Rusiya Mədəniyyət Nazirliyində çalışan Məmmədəli Ağayev ona Çin istehsalı olan yeni avtomobil hədiyyə edib.


Bu xəbər tədbirdə elan edilən zaman yubilyar öz təəssüratlarını Bizim.Media-nın əməkdaşı ilə bölüşüb:

“Bilirdim nəsə hədiyyə edəcək, amma maşın olduğunu bilmirdim. Bu, mənim üçün gözlənilməz sürpriz oldu.” – deyə Qəhrəman Ağayev bildirib.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
59
13
bizim.media

10Sources