Bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:15-ə təyin edilib.
Manset.az xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb.
Görüşün gündəliyinə əsasən, liderlər arasında təxminən bir saatlıq ikitərəfli danışıqlar planlaşdırılıb.
Bundan əlavə, Bakı vaxtı ilə 23:00-da Avropa liderlərinin iştirakı ilə geniştərkibli sammitin keçirilməsi gözlənilir. Sammitdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliyanın Baş naziri Ciorgia Meloni, Almaniya Kansleri Fridrix Mertz və Avropa Komissiyasının sədri Ursula von der Leyen iştirak edəcəklər.
Tədbirdə həmçinin NATO Baş katibi Mark Rütte və ABŞ-ın vitse-prezidenti Ceyms Di Vensin də iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Volodimir Zelenski artıq Vaşinqtonda səfərdədir.