EN

Qarabağ və Şərqi Zəngəzurda faydalı qazıntı yataqları qiymətləndiriləcək

Finss.az - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Geoloji Kəşfiyyat Agentliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında faydalı qazıntı yataqlarının qiymətləndirilməsinə başlayacaq.

Agentliyin məlumatına görə, ilkin mərhələdə ərazilərə tanışlıq marşrutları təşkil ediləcək, daha sonra isə mineraloji araşdırmalar aparılacaq. Bununla yanaşı, faydalı qazıntıların axtarışında perspektivli zonaların öyrənilməsi, şırım sınaqları, kimyəvi nümunələrin götürülməsi və maqnit kəşfiyyatı işləri planlaşdırılır.

Proqnozlara əsasən, bütün bu işlərin həyata keçirilməsi üçün 200 min manat vəsait tələb olunacaq.

Mütəxəssislər bildirirlər ki, Qarabağ və Şərqi Zəngəzur böyük təbii sərvət potensialına malikdir. Faydalı qazıntıların dövriyyəyə cəlb olunması regionda dağ-mədən sənayesinin inkişafına təkan verəcək, iqtisadiyyatın məhsuldarlığını artıracaq və işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına mühüm töhfə verəcək.

Xatırladaq ki, işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda 52 qızıl, gümüş, mis, civə yatağı, tikinti materialları və müxtəlif su ehtiyatları qeyri-qanuni şəkildə istismar olunub.

 

Əlavə bax: Bakıdan Bodrum istiqamətində 7 günlük tur təklif olunur

 

 

Chosen
119
3
fins.az

10Sources