EN

549 körpə ölü doğulub - “Qara statistika”

Ötən il Azərbaycanda 549 körpə ölü doğulub.

Yenisabah.az xəbər verir ki, bu, “Azərbaycanda uşaqlar” adlı statistik məcmuədə əks olunub.

Keçən il perinatal dövrdə (dölün bətndaxili həyatının 22-ci tam həftəsindən başlayır) ölənlərin sayı 1 319 döl təşkil edib. Dominos pizza

Bundan başqa, həmin müddətdə 2 519 uşaq ölümü qeydə alınıb. Onlardan 1 449-u oğlan, 1070-i isə qızdır. 7 günədək ömür sürən körpə sayı 770-dir.

2024-cü ildə 1 420 bir yaşadək körpə ölümü baş verib və bunun 751-i şəhər, 669-u isə kənd yerlərində qeydə alınıb. 5 yaşadək ölən uşaqların sayı 1 745 olub ki, bunun da 981-i oğlan, 764-ü qızdır.

Ötən il Azərbaycanda 29 ana ölümü faktı qeydə alınıb. Bu göstərici hamiləlik, doğuş və zahılıq dövründə ölən anaları əhatə edib.

2023-cü ildə perinatal dövrdə ölənlərin sayı 1 837, körpə ölümü 2039, ana ölümlərinin sayı isə 33 olub.


Telegram kanalımız
Chosen
52
34
yenisabah.az

10Sources