EN

“Zəngəzur dəhlizi İran üçün təhlükə deyil, yeni fürsətdir” - Cavad Zərif

“Zəngəzur dəhlizi İran üçün təhlükə deyil, yeni fürsətdir”.

Missiya.Az xəbər verir ki, bunu İranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif “Foreign Policy” jurnalında dərc olunan məqaləsində deyib.

O, ölkəsinin yeni siyasi kursa ehtiyac duyduğunu bildirib. 

Zərif İranın Almaniya, Fransa və Böyük Britaniya ilə nüvə proqramı üzrə danışıqlara qayıtmasının zəruriliyini vurğulayıb. 

Siyasətçi İranın daimi təhlükə anlayışından imtina edərək fürsətləri dəyərləndirmə paradiqmasına keçməli olduğunu qeyd edib. 

Onun sözlərinə görə, həm İran, həm də Rusiya ABŞ vasitəçiliyi ilə Bakı və İrəvan arasında əldə olunmuş son razılaşmanı təhlükə kimi deyil, bir fürsət kimi qiymətləndirməlidir.

Daşqın HəsənovMissiya.Az

Chosen
30
50
missiya.az

10Sources