EN

Cəlilabadda BƏDBƏXT HADİSƏ – Xeyli sayda heyvan TƏLƏF OLDU – FOTO

Cəlilabadda 10-a yaxın iribuynuzlu heyvan elektrik cərəyanı vurması nəticəsində tələf olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Cəlilabad rayonunun Zərbiəlli kəndində qeydə alınıb.
 

Biçilmiş əkin sahəsində yanğın baş verməsi nəticəsində ərazidən keçən yüksək gərginlikli elektrik dirəkləri yanaraq aşıb.


Nəticədə həmin sahədə otlayan iribuynuzlu heyvanları elektrik cərəyanı vuraraq tələf edib.

Aidiyyəti qurumlar qəzanın nəticələrini aradan qaldırıb.


Sabutay, Bizim.Media, Cənub bürosu

Chosen
56
14
bizim.media

10Sources