EN

Məhşur aparıcı efirdə uşağını itirdi

Ajans.az The Mirror-a istinadən xəbər verir ki, Uilyams “This Morning” (“Bu səhər”) proqramında danışarkən, məhz həmin verilişdə iştirak etdiyi vaxt hamiləliyinin yarımçıq başa çatdığını bildirib:
“Burada, bu divanda oturmuşdum, qan içində idim”, – deyə o, xatırlayıb. Televiziya ulduzunun sözlərinə görə, bu, onun ikinci hamiləliyi olub və hər iki dəfə də uşaq itkisi erkən mərhələdə baş verib.

Xatırladaq ki, 2024-cü ilin oktyabrında Zoe Uilyams xəstəxanaya yerləşdirilmiş, vəziyyətinin ağır olması səbəbindən hətta təcili vəsiyyət etdiyini də açıqlamışdı.

Chosen
85
15
Ajans.az

10Sources