EN

Ötən il ekoloji xərclər artıb - Ətraf mühit və kənd təsərrüfatına 1,4 milyard manat ayrılıb

Bakı. Trend:

Ötən ilin dövlət büdcəsində “Ətraf mühitin mühafizəsi” sektoruüzrə 10 icraçı təşkilat tərəfindən 5 proqram üzrə 26 tədbirinhəyata keçirilməsi üçün 376,9 milyon məbləğində vəsait (ötən illəmüqayisədə 13,3 milyon manat və ya 3,7 faiz çox) proqnozlaşdırılıb,icraçı təşkilatların sifarişləri əsasında 361,9 milyon manat (96,0faiz) və ya proqnozda nəzərdə tutulduğundan 15 milyon manatməbləğində az vəsait ayrılıb.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, icraçı təşkilatlar tərəfindən təqdim edilənməlumatlara əsasən, ayrılan vəsaitdən tam həcmdə istifadəolunub.

Sektor üzrə vəsaitin 10,5 faizi Azərbaycan RespublikasınınEkologiya və Təbii Sərvətlər Nazirliyi və strukturuna daxil olanqurumlar (Meşələrin İnkişafı Xidməti, Milli HidrometeorologiyaXidməti və Bioloji Müxtəlifliyin Qorunması Xidməti), 69,1 faizi isəYerli icra hakimiyyəti orqanları tərəfindən icra olunan tədbirlərinpayına düşüb.

2024-cü ilin dövlət büdcəsinin “Ətraf mühitin mühafizəsi” üzrəayrılan vəsaitlərə nəzər salsaq, iqlim dəyişikliyi ilə əlaqəlixərclər 339,7 milyon manata bərabər olub. Həmin vəsaitin 87,4 %-i,yəni 297 milyon manatı qarışıq yəni neytral xərclərə aid olub ki,bu xərclər müxtəlif ekoloji meyarlar üzrə həm müsbət, həm də mənfitəsirə malik xərclərdir. Eyni zamanda həmin xərclərin 12.6 %-i,yəni 42,7 milyon manatı isə yaşıl xərclər olub.

“Kənd təsərrüfatı” sektoru üzrə iqlim dəyişikliyi ilə əlaqəlixərclərin məbləği 1075,2 milyon manat bərabər olub. Həmin xərclərin100%-i qarışıq xərclərə aiddir. 2024-cü ildə “Ətraf mühitinmühafizəsi” və “Kənd təsərrüfatı” sektorları üzrə iqlim dəyişikliyiilə əlaqəli xərclər ümumilikdə 1414,9 milyon manata bərabər olubki, həmin xərclərin 1395,2 milyon manatı adaptasiya, 19 milyonmanatı isə mitiqasiya tədbirlərinə aid olub. 2024-cü ildə “Təhsil”,“Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” sektorları üzrəDİM ilə əlaqəli xərcləri 5773,4 milyon manata bərabər olub.

Məqalədə:
Chosen
25
39
az.trend.az

10Sources