EN

Xarkovda matəm elan olunubYENİLƏNİB

Rusiya Silahlı Qüvvələrinin Xarkova PUA ilə hücumu nəticəsində beş nəfərin həlak olması və 30 mülki şəxsin yaralanması ilə əlaqədar matəm elan edilib.

Xezerxeber.az Ukrayna mediasına KİV-inə istinadən xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov bildirib.

Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov həlak olanlar arasında iki uşağın olduğunu qeyd edib.

Bundan əlavə, zərbə nəticəsində altı uşaq xəsarət alıb.

09:32

Xarkovda çoxmərtəbəli binaya Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində dörd nəfər həlak olub, 18 nəfər xəsarət alıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i prokurorluğa istinadən məlumat yayıb.

Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sineqübovun məlumatına görə, beş nəfər itkin düşmüş hesab olunur.

"İlkin məlumata görə, onlar dağıntılar altında ola bilərlər", - deyə o qeyd edib.

Chosen
24
49
xezerxeber.az

10Sources