EN

Xaçmazda avtomobil ağaca çırpılıb, sürücü ölüb

Xaçmaz, 18 avqust, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonunun Ağyazı Buduq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Kia” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və o, maşını yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində sürücü, 26 yaşlı Elvin Əlmərdanov deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib. Sürücü maşından çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, E.Əlmərdanovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
23
50
azertag.az

10Sources