"İmişli"nin futbolçusu Dioqo Vaskes Rollo "Turan Tovuz"la görüşdə zədələnmişdi.
Offsideplus.az xəbər verir ki, həkimlərin ilkin rəyinə əsasən, oyunçunun vəziyyəti sabitdir və ciddi təhlükə yoxdur. Onun müalicə prosesi davam edir.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Rollo epizodların birində öz komanda yoldaşı, qapıçı Andrey Sinenka ilə toqquşub və çiynindən xəsarət alıb. Qarşılaşma Tovuz klubunun minimalhesablı (1:0) qələbəsi ilə yekunlaşıb.