“Fənərbaxça”nın sabiq prezidenti Ali Şenin vəziyyəti pisləşib.
İdman.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, reanimasiyaya yerləşdirilib.
86 yaşlı əfsanəvi prezidentin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, Şen 1981-1983 və 1994-1998-ci illərdə “Fənərbaxça”nın 31-ci prezidenti olub. Bu dövr ərzində “Fənərbaxça” iki dəfə Türkiyə Super Liqasının çempionu adına yiyələnib, ölkə kubokunu qazanıb.
İdman.biz