"Kəpəz" Premyer Liqanın ilk turunda səfərdə "Sumqayıt" 0:3 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, bu, Gəncə təmsilçisinin Azərbaycan çempionatları tarixində 60-cı böyükhesablı məğlubiyyəti kimi tarixə yazılıb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
"Kəpəz" belə məğlubiyyətlərin sayına görə antirekordçudur.
Onlar 19 dəfə evdə, 41 dəfə isə səfərdə üç və ya daha çox top fərqi ilə uduzub.
Qeyd edək ki, bölgə təmsilçisi ilk belə məğlubiyyəti 1995-ci il sentyabrın 10-da “Qarabağ”la səfər oyununda alıb.