EN

Əkrəm Əylisli sülh müqaviləsinə dair: 40 ildir gözləyirdim

“Ermənilərlə azərbaycanlıların münasibətlərinin qaydasına düşməsini 40 ildir gözləyirəm".

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu  yazıçı Əkrəm Əylisli deyib.

O əlavə edib: "Bu məsələyə münasibətimi bilirsiniz. Dəfələlərlə çıxışlar etmişəm. Hamıya məlumdur, hətta xarici ölkələrdə çıxışlarımda demişəm ki, xalqlar bir-biriləri ilə barışsınlar, dil tapıb, yola getsinlər, Qafqazda sülh, əmin-amanlıq, rahatlıq olsun. Bu mənim köhnə mövqeyimdir. İndi ki bu baş verib, məndə ümidlər yaranır ki, doğrudan da, Allahın izni ilə reallaşacaq”. Sezar pizza

“Qarşılıqlı etimad - əsas məsələ budur. Belə halda xalqlar arasında münasibətlər yaxşılaşa bilər, insanlar bir-birilərinə hörmət edərlər. Bircə o qorxunu götürmək lazımdır.

Dönə-dönə demişəm ki, yaddaşlardakı münasibətlərdəki qatılığı yığışdırmaq lazımdır ki, yavaş-yavaş bir-birimizə yeni münasibətlə yanaşaq. Əvvəldən mövqeyim məlumdur. Çox böyük ümidlərim var ki, yaxın gələcəkdə Ermənistanla münasibətlər yaxşılaşacaq, gediş-gəliş olacaq.

Tarixən dağ və aran bir-biri ilə əlaqədə olub. Ermənistan dağda olub, biz isə aranda. Gediş-gəliş olacaq. İnsanlar bir-birilərini yayda yaylağa, qışda qışlağa aparıblar. Münasibətlər yaxşılaşsa, iqtisadiyyat da yaxşılaşacaq. Əsas etibarilə, mədəni münasibətlərimizin qırılmasından çox narahat idim.

Bilirsiniz, xalqlar tarix boyu bir-biriləri arasında mədəni münasibəti formalaşdırıblar. Bu münasibət pozulsa, sonra onu bərpa etmək bir az çətin olur. Düşünürəm, bizim xalqlarımız istedadlı xalqlardır, dünya görmüş millətlərdir. Əgər hər iki dövlətdə siyasi iradə olsa, xalqlar bir-biri ilə dil tapıb, rahat bir yerdə yaşaya biləcəklər”, - Ə.Əylisli qeyd edib.


Telegram kanalımız
Chosen
24
28
yenisabah.az

6Sources