AzVision.az “New York Post (NYP)” qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, müşahidələr üçün ən yaxşı vaxt gələn həftədir.
Uran və Neptunu isə yalnız durbin (binokl) və ya teleskopla müşahidə etmək olar.
Yupiter və Venera bu ayın əvvəlində ən yaxın yaxınlaşma sərgiləyiblər və səmanın şərq hissəsində hələ də bir-birinə yaxındırlar. Hyuston Təbiət Elmləri Muzeyinin əməkdaşı Kerolin Sumnersin təbirincə, bu palnetlər“pişiyin gözləri kimi bir-birinə sıxılıblar”
“Çərşənbə axşamı səhər Merkuri Günəşdən ən uzaq məsafədə olacaq ki, bu da onu Günəş şüaları arasında itməzdən əvvəl aşkar etməyi asanlaşdıracaq. Saturn da bu ay əlavə avadanlıq olmadan görünür və növbəti həftə onu ən yaxşı şəkildə müşahidə etmək mümkündür”,- qəzetdə dərc olunan materialda deyilir.
Planetləri görmək üçün səhər, günəş doğmazdan bir az əvvəl çölə çıxmaq və şərqə baxmaq lazımdır. Əvvəlcə bir-birinə yaxın olan Yupiter və Veneranı tapmağa cəhd etmək məsləhət görülür.
Saturn yan tərəfdə yerləşib, Merkuri isə üfüqə yaxınlaşaraq Günəşdən əvvəl yüksəlməyə çalışacaq.
Virciniya Elm Muzeyinin təmsilçisi Castin Bartelin fikrincə, ən parlaq olan kiçik işıq nöqtələrini axtarmaq lazımdır. Onlar ulduzlar kimi parlamırlar.
Müşahidə gəzintisinə çıxmazdan əvvəl səhərin aydın və buludsuz olmasına əmin olmaq və baxışı əngəlləyə biləcək hündür binalardan uzaqlaşmaq tövsiyə edilir.
“NYP”-nin yazdığına görə, növbəti böyük planetar birləşmə gələn ilin fevral ayında baş verəcək.
Sahil İsgəndərov
AzVision.az