EN

Rusiya İran PUA-ları ilə SOCAR-ın Odessadakı neft bazasını vurdu - YENİLƏNİB

Avqustun 18-nə keçən gecə SOCAR-a məxsus Odessa vilayətindəki neft bazası “Şahed” tipli PUA-ların silsilə hücumuna məruz qalıb.

Bir neçə birbaşa zərbədən sonra ərazidə yanğın baş verib.Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb.

Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.

Hazırda dəymiş ziyanın miqdarı müəyyən edilir, ekspertiza təyin olunub və təcili bərpa işləri aparılır.

***

saat 10:34

Avqustun 18-nə keçən gecə SOCAR-a məxsus Odessa vilayətindəki neft bazası “Şahed” tipli PUA-ların silsilə hücumuna məruz qalıb.

Bir neçə birbaşa zərbədən sonra ərazidə yanğın baş verib.

Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb. Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.

Hazırda dəymiş ziyanın miqdarı müəyyən edilir, ekspertiza təyin olunub və təcili bərpa işləri aparılır.

Chosen
46
50
aznews.az

10Sources