EN

“Qarabağ” “Ferentsvaroş”la matç üçün Macarıstana yollandı

“Qarabağ” “Ferentsvaroş”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Macarıstana yola düşüb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Komandanı aparan təyyarə saat 11:00-da yola düşüb. Bu gün, Bakı vaxtı ilə saat 21:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 21:30-da isə komandanın açıq məşqi təşkil olunacaq.

Xatırladaq ki, avqustun 19-da keçiriləcək “Ferentsvaroş” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması isə avqustun 27-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Həmin oyunun start fiti saat 20:45-də səslənəcək.

Chosen
39
50
arena.az

10Sources