EN

Bilyard salonuna silahlı hücum – 7 nəfər öldürüldü

Vətəninfo.az xəbər verir ki, Ekvadorun Santo Dominqo şəhərində bir bilyard salonunda baş verən silahlı hücumda təxminən yeddi nəfər həyatını itirib. Polisin avqustun 17-də verdiyi açıqlamada bildirilib ki, ölkəni bürüyən dəstə zorakılığı səbəbindən son dövrlərdə artan qanlı hücumlar silsiləsinə daha biri əlavə olunub.

Hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyən, lakin sosial şəbəkələrdə yayılan təhlükəsizlik kamerası görüntülərində qara maskalı bir qrup hücumçunun girişdə duran iki nəfərə atəş etdiyi, daha sonra isə məkana daxil olaraq içəridəki şəxslərə atəş açdıqları görünür. Hadisə yerinə polislərin gəlməsindən bir qədər əvvəl isə hücumçuların qaçdığı müəyyən edilib.

Qeyd edəki ki, bu hücum ötən ay Playas sahil şəhərində yerləşən bir bilyard salonunda doqquz nəfərin öldürüldüyü oxşar qətliamdan sonra baş verib.

Bir vaxtlar Latın Amerikasının nisbətən sakit ölkələrindən biri kimi tanınan Ekvador narkotik kartellərinin ABŞ və Avropaya qaçaqmalçılıq üçün buranın limanlarından istifadə etməsi nəticəsində daha da dərinləşən zorakılıq mühiti ilə üz-üzə qalıb.

Rəsmi hesabata görə, ölkədə cinayət (qətl) göstəricisi 2018-ci ildə hər 100 min insana 6 nəfər idisə, 2024-cü ildə hər 100 min adama 38 nəfərə yüksəlib.

Chosen
28
11
veteninfo.az

10Sources