EN

Bu, yolverilməzdir



Tolerantlıq mədəniyyəti

İki ərəb mənşəli turistin adekvat olmayan hərəkəti, sosial şəbəkələrdə kütləvi surətdə irqçı fikirlərin tirajlanmasına gətirib.
Bu yolverilməzdir, həm də məsuliyyət yaradır. Azərbaycanın Konstitusiyası hər cür ayrı-seçkiliyi qadağan edir. Cinayət Məcəlləsinin 283-cü maddəsində belə hallarla bağlı cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan BMT-nin İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğvi Konvensiyasıa qoşulub və s.
Ümumiyyətlə fərdlərin hərəkətlərinin xalqlara, etnik qruplara, geniş əhali qruplarına aid edilməsi qeyri-tolerantlıqdır. Çoxmədəniyyətlilik bizim xalqın əsas naliyyətlərindədir. Sosial şəbəkədə xeyli ciddi adamların, o cümlədən media nümayəndələrinin, siyasətçilərin ksenofob xarakterli yazıları təssüf doğurur.

p.s. Bizim ölkə turizmin inkişaf etdiyi ölkələrdən deyil. Xarici ölkələrdə yaşayan soydaşlarımızın gəlib-getməsini nəzərə almasaq il ərzində turistlərin sayı heç milyona da çatmır. Dünyada elə şəhərlər (ölkələr bir yana) var ki, ora gələn turistlərin sayı 30-40 milyon arasındadır. Həmin şəhərlərin əhalisi də narazılıq edir, hətta etiraz aksiyaları da keçirirlər. Amma çalışırlar ki, bu halda ksenofob şüarlara, çıxışlara yol verilməsin.
Chosen
74
50
newscenter.az

10Sources