EN

Tacikistan Milli Minatəmizləmə Mərkəzinin mütəxəssisləri ANAMA əməkdaşlarına təlimlər keçib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) texniki və əməliyyat potensialının artırılması istiqamətində fəaliyyət davam etdirilir.

XQ xəbər verir ki, ANAMA ilə meşə və dağlıq ərazilərdə minatəmizləmə fəaliyyətində təcrübəyə malik Tacikistan Milli Minatəmizləmə Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, həmin Mərkəzin mütəxəssisləri tərəfindən Agentliyin Göygöl Regional Təlim Mərkəzində ANAMA əməkdaşlarına mürəkkəb relyefli ərazilərdə minatəmizləmə əməliyyatları üzrə on iki gün müddətində nəzəri və praktiki  təlimlər keçirilib.

Təlimlərin məqsədi ANAMA əməkdaşlarının meşə və dağlıq ərazilərdə, o cümlədən mürəkkəb relyefli bölgələrdə minatəmizləmə əməliyyatları üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Chosen
40
50
xalqqazeti.az

10Sources