Pul qazanmaq üçün gələn əmək miqrantlarına ailələrini Rusiyaya gətirmək qadağan edilməlidir.
Modern.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov deyib.
Onun sözlərinə görə, o zaman Rusiyada uşaq bağçaları və məktəblərdə kifayət qədər yer olacaq.
Deputat bildirib ki, Rusiyaya gələn əcnəbilərin çoxu işləmək fikrində olmasa da, arvad-uşağını bura gətirirlər.
“Gəlsinlər, işləsinlər, pul qazansınlar və ölkələrinə qayıtsınlar”.